Modern.az

Elnarə Tofiqqızının ölümü ilə bağlı ekspertiza rəyi tibbi komissiyaya verilib

Elnarə Tofiqqızının ölümü ilə bağlı ekspertiza rəyi tibbi komissiyaya verilib

Təhsil

29 Oktyabr 2013, 16:42


Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı aparılmış ekspertizanın yekun rəyi tibbi  komissiyaya verilib. Bunu “Media forum” saytına Elnarə Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyev deyib.

Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı keçinib. Tənqidçinin ölümü ilə bağlı cinayət işi başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır.

Anar Niftəliyev tibbi komissiyanın rəyinin bir ay müddətinə açıqlanacağını qeyd edib: “Komissiyada Səhiyyə Nazirliyinin və Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayəndələri iştirak edir. Ekspertizanın nəticələrində Elnarənin ölümünə səbəb kimi ağ ciyər çatışmazlığı göstərilir. Bu ağ ciyər çatışmazlığı da əməliyyat zamanı müxtəlif səbəblərdən yarana bilər. Ekspertiza rəyində həkim məsuliyyətsizliyi məsələsi də əksini tapıb. Tibbi komissiya Elnarənin ölümünə görə hansı həkimin daha çox məsuliyyət daşıdığını araşdıracaq”. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat