Modern.az

Bir dəqiqəlik film çək, 700 manat qazan MÜSABİQƏ

Bir dəqiqəlik film çək, 700 manat qazan MÜSABİQƏ

29 Oktyabr 2013, 17:11

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “24 kadr” adlı film festivalı keçirilir. Bu barədə Modern.az-a layihənin rəhbəri Aygün Əliyeva məlumat verib. A.Əliyevanın sözlərinə görə, filmlər minimum 1, maksimum 15 dəqiqə olmalıdır:

“Gənclər arasında keçirildiyindən 35 yaşa qədər hər kəs filmlərini təqdim edə bilər. Dekabrın 5-də müsabiqəyə film qəbulunun sonuncu günüdür. Filmlər peşəkar aktyor və rejissorlar tərəfindən qiymətləndiriləcək. Sadəcə obyektivlik naminə adlarını açıqlamırıq. Beş nəfər münsif olacaq. Qaliblər dekabrın 15-nə qədər açıqlanacaq. İndiyə kimi 10 film təqdim olunub. Mövzu sərbəstdir”.

Qeyd edək ki, “24 kadr” adlı film festivalında birinci yeri tutan 700, ikinci 500, üçüncü yerin sahibi 300 manat məbləğində pul mükafatı qazanacaq. Ən yaxşı aktyor, rejissor və ssenari işinə görə 100 manat mükafat nəzərdə tutulub.

İntiqam Valehoğlu

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?