Modern.az

"Mən bu jurnalist qətllərini kəskin pisləyirəm..."

"Mən bu jurnalist qətllərini kəskin pisləyirəm..."

Təhsil

30 Aprel 2010, 14:56

Modern.az xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar müraciət yayıb. Müraciətdə bildirlir ki, ifadə azadlığı İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində öz əksini tapmış əsas insan hüquqlarından biridir: “Lakin dünyada bu hüquqları həyata keçirmək üçün bir çox üsullar tapan hökumətlər və hakimiyyətə Malik olan dairələr mövcuddur.

Onlar qəzet kağızına yüksək vergi qoyaraq qəzetlərin qiymətlərini o qədər baha edir ki, bir çox  insanın onları almağa imkanı çatmır. Hakimiyyət tənqid  edən azad radio və televiziyalar efirdən uzaqlaşdırılır. Bu tipli senzura internet məkanında da nəzərə çarpır və bu da öz növbəsində internetdən istifadəyə və yeni medianın inkişafına əngəllər törədir. Bəzi jurnalistlər hər hansı məlumat və ideyanı ölkə sərhədlərindən asılı olmayaraq istədikləri KİV vasitəsilə araşdırmaq, qəbul etmək və ötürmək hüququndan istifadə etdikləri üçün təqiblərə məruz qalır, həbs edilir, hətta həyatlarını təhlükə altına alırlar.

Keçən il YUNESKO 77 jurnalist qətlini qətiyyətlə pisləmişdir. Onlar  müharibələrdən reportajlar hazırlayan və müharibə zamanı qətlə yetirilmiş tanınmayan müxbirlər idilər. Qətlə yetirilənlərin çoxu ölkə sülh şəraitində olanda yerli, kiçik qəzetlərdə çalışırdılar, onlar mövcud korrupsiya və vəzifədən sui-istifadə hallarını araşdırmaq istədiklərinə görə qətlə yetirilmişdirlər.  

Mən bu qətlləri kəskin şəkildə pisləyir və qatillərin ədalət məhkəməsi qarşısına çıxarılmasını qətiyyətlə təkid edirəm. Media sahəsində çalışanların müdafiə edilməsi bütün dövlətlərin borcudur. Jurnalistləri qətllərinin tədqiqatı və qatillərin həbs edilməsi də bu müdafiənin tərkib hissəsi olmalıdır.  

Jurnalist qətllərinin cəzasız qalması cinayətkarlar və qatillər üçün münbit şərait yaradır və  sirlərini gizlədən məkri şəxsləri daha da ruhlandırır.  

Bu ilin mövzusu belədir - İnformasiya Azadlığı: bilmək hüququ. Mən ictimaiyyət üçün açıq informasiyanın geniş ictimaiyyətə təqdim olunmasını dəstəkləyən yeni qanunların qəbul edilməsi üzrə qlobal tendensiyanı alqışlayıram.  

Təəssüflə qeyd etməliyəm ki, bu qanunlar çox vaxt əməli şəkildə özünü büruzə vermir. Hər hansı bir rəsmi informasiya üçün edilən müraciətlər çox vaxt ya illərlə cavabsız qalır, yaxud da məlumat ümumiyyətlə verilmir. Bəzən buna səbəb zəif informasiya idarəetmə sistemi olur. Lakin çox vaxt əsl səbəb kimi məxfilik atmosfer yaratmaq və məsuliyyətsizlik göstərilə bilər.  

 

Biz jurnalistlər və mediaya qarşı bəslənən bu münasibəti dəyişməli və cəmiyyəti bu barədə məlumatlandırmalıyıq. İnsanların onların həyatlarına birbaşa təsir göstərən məlumatları əldə etmək hüquqları vardır və aidiyyəti orqanlar onları bu informasiya ilə təmin etməlidirlər. İnformasiya şəffaflığı düzgün idarəetmənin əsaslarındadır.

 

Birləşmiş Millətlər Təşkilatı dünyanın istənilən yerində həbs edilmiş jurnalistlər və mətbuat nümayəndələrinin yanındadır. Hər gün olduğu kimi bu gün də mən bütün dövlətləri, vətəndaş cəmiyyətləri və insanları medianın vacibliyini dərk etməyə və informasiya azadlığını dəstəkləməyə çağırıram”. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?