Modern.az

Miqrasiya Mərkəzi: “Rusiyada yaşayan azərbaycanlıların sayı gerçəkdə daha çoxdur”

Miqrasiya Mərkəzi: “Rusiyada yaşayan azərbaycanlıların sayı gerçəkdə daha çoxdur”

Təhsil

29 Oktyabr 2013, 17:33

Rusiya Federal Miqrasiya Xidmətinin açıqladığı son rəqəmlərə görə Rusiya ərazisində 11 milyon 280 min 975 əcnəbi qeydiyyatdan keçib. Onlardan 629 min 931 nəfəri Azərbaycan vətəndaşlarıdır. Təbii ki, qeyri-rəsmi rəqəmlərə görə, Rusiyadakı azərbaycanlıların sayı dəfələrlə çoxdur.

Azərbaycan Miqrasiya Mərkəzi Əlövsət Əliyev Rusiya Federal Miqrasiya Xidmətinin açıqladığı rəqəmlərin sadəcə orada qeydiyyata alınan Azərbaycan vətəndaşlarının sayı olduğunu dedi. O, Azərbaycan vətəndaşlarından təxminən 1 milyona yaxınının həm də Rusiya vətəndaşı olduğunu söylədi. Onun dediyinə görə, onlar həmin siyahıya daxil edilməyib. 


“Təxminən 5 min nəfər azərbaycanlı qanunsuz olaraq Rusiyada yaşayır. Amma onların da taleyi hələ ki, məlum deyil”.

Moskvanın Brülyova rayonunda baş verən məlum hadisələrdən sonra Rusiyada yaşayan azərbaycanlı miqrantların vətənlərinə axını başlayıb. Diaspor üzrə Dövlət Komitəsi artıq 100-dən çox azərbaycanlının Rusiyadan deportasiya olunduğunu açıqlayıb. Əlövsət Əliyevin fikrincə, yaxın vaxtlarda bu rəqəm daha da arta bilər. 

Gültəkin ƏLƏSGƏR  

 

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir