Modern.az

Çexiyanın 95 illiyi Bakıda da qeyd edilib

Çexiyanın 95 illiyi Bakıda da qeyd edilib

Təhsil

29 Oktyabr 2013, 17:39


Çexiya Respublikası özünün 95 illiyini qeyd edib. Milli gün münasibətiylə Bakıda rəsmi qəbul təşkil olunub.

Tədbiri açıq elan edən Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matula müstəqil və suveren Çexiya bu gün inkişaf etmiş Avropa demokratiyaları arasında özünəməxsus yer alır.
Azərbaycanla bu ölkə arasında diplomatik əlaqələrin qurulmasından 20 il ötdüyünü xatırladan R.Matula bildirib ki Çexiya Azərbaycanla əlaqələrinin inkişafına böyük önəm verir və hər iki ölkəni etibarlı müttəfiq, dost ölkə kimi görür. Onun fikrincə, ikitərəfli əlaqələr təkcə layihələrin sayından və avronun dəyərindən asılı deyil:
“Ölkələrimiz arasında bütün sahələrdə dərin dostluq əlaqələri mövcuddur. Əlaqələrimizin hər hansı bir şəkildə zəifləməsi mümkün olmayıb və olmayacaq da”.
İqtisadi sahəyə toxunan səfir onu da vurğulayıb ki  turizm iki ölkənin əməkdaşlığında mühüm yer tutur. Əlavə edib ki,  ötən il ticarət dövriyyəsi 1,4 milyard avro təşkil etsə də, bu il ərzində ixracın həcmi 35 faiz artıb.
Dörd  ildir ölkəmizdə çalışdığını xatırladan R.Matula bu səviyyədə tədbir onun iştirakı ilə sonuncu tədbir olduğunu söyləyib.

Daha sonra Azərbaycan höküməti adından çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkə başçısı və xalqı adından Çexiya xalqını təbrik edib. Bildirib ki, iki ölkə arasında çoxşaxəli əlaqələr mövcuddur və ticarət, iqtisadiyyat, investisiyalar və bir çox sahələrdə əməkdaşlıq üzrə 20-dən çox sənəd imzalanıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat