Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndə heyəti 24-25 oktyabr tarixlərində NATO-nun İctimai Diplomatiya Bölməsinin proqramında iştirak etmək üçün NATO Mənzil Qərargahına səfər edib. Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən
Modern.az-a verilə məlumata görə, ADA-nın nümayəndə heyətinə diplomatiya və beynəlxalq münasibətlər üzrə bakalavr və magistr proqramının (MADIA) 31 nəfər tələbəsi daxildir.
Səfərin birinci günündə tələbələrə NATO-nun ekspertləri tərəfindən NATO tərəfdaşlıqları, əməliyyatlar, enerji təhlükəsizliyi, müdafiə islahatları və digər sahələr üzrə brifinqlər verilib, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin əməkdaşları ilə görüş təşkil edilib. Səfərin ikinci günündə ADA nümayəndə heyəti Azərbaycanın Belçikadakı Səfirliyi, Konrad Adenauer Stiftung beyin mərkəzində və BMT-nin Avropa üzrə Regional İnformasiya Ofisində təşkil edilmiş görüşlərdə iştirak efib.
Tələbələr brifinq və görüşləri maraqla qarşılamış, interaktiv sessiyalarda fəal iştirak etmişlər. ADA nümayəndə heyətinin Brüsselə səfəri NATO İctimai Diplomatiya Bölməsinin və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin sıx əməkdaşlığı və dəstəyi ilə baş tutub.

Modern.az