Modern.az

Türkiyənin Bakıdakı Səfirliyi Nazarbayevin iddiasına şərh verdi

Türkiyənin Bakıdakı Səfirliyi Nazarbayevin iddiasına şərh verdi

Təhsil

30 Oktyabr 2013, 09:35

Bir müddət öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyənin də Gömrük İttifaqına qoşulmaq istədiyini iddia etmiş və bu barədə Baş nazir Ərdoğanın istəyini diqqətə çatdırmışdı.

Türkiyənin Azərbaycandakı Səfirliyi əsas müzakirə obyektinə çevrilən məsələ ilə bağlı açıqlama verib.

Səfirliyin mətbuat müşavirliyindən Modern.az-a verilən məlumatda qeyd edilib ki, “Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında keçirilən görüşlərdə, dost və qardaş Qazaxıstanın da daxil olduğu Gömrük İttifaqı və ölkəmizin bu təşkilatla olan əlaqələrinin inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, ancaq bununla birlikdə üzvlük məsələsi gündəmə gəlməyib”.  

“Bölgəmizdəki ölkə və təşkilatlarla əlaqələrimizi inkişaf etdirməyimiz və bu çərçivədə Gömrük İttifaqı və oxşar qurumları yaxından müşahidə etməyimiz təbiidir. Rusiya, Qazaxıstan və Belarus arasında yaradılan Gömrük İttifaqına da bu düşüncə ilə yanaşırıq.
Onu da qeyd etməliyik ki, İttifaq ölkələri ilə sıx iqtisadi və ticari əlaqələrimiz var. Rusiya ilə ikitərəfli ticarət dövriyyəmizin həcmi təqribən 35 milyard dollar, Qazaxıstanla isə 3,5 milyard dollar səviyyəsindədir. Gömrük İttifaqına daxil olan ölkələrdəki ümumi Türk sərmayəsinin həcmi isə təqribən 9 milyard dollar səviyyəsindədir. Belə bir vəziyyətdə, bu ölkələr arasındakı Gömrük İttifaqı ilə meydana gələn yeni şərtləri qarşılıqlı faydalılıq əsasında necə inkişaf etdirə biləcəyimiz üzərində düşünürük.
Digər tərəfdən, məlumdur ki, bu ölkələrlə və bölgə ilə ticarət əlaqələri daha aşağı səviyyədə olan Hindistan və digər bəzi ölkələr də Gömrük İttifaqı ilə münasibətləri yaxşılaşdırmağa çalışırlar”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat