Modern.az

VHP üzvü Milli Şurada həmsədrlik təklifini dəstəklədi

VHP üzvü Milli Şurada həmsədrlik təklifini dəstəklədi

Təhsil

30 Oktyabr 2013, 11:56

“Milli Şurada həmsədrlik insititunun yaradılmasının tərəfdarıyam”. Bunu Modern.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib. O, Rüstəm İbrahimbəyovun Milli Şurada həmsədrlik institutunun yaradılması təklifinə ehtiyac olduğunu təsdiqləyir: “Düzdür, Milli Şura ideyasının müəllifi Rüstəm İbrahimbəyovdur. O bu qurum üçün çoxlu iş görüb. Amma hazırkı vəziyyətdə Rüstəm İbrahimbəyovun ölkədə olmaması həmsədrlik institutunun yaradılmasını zəruri edir. Belə bir ideya gerçəkləşdirilməlidir və Cəmil Həsənli həmsədr olmalıdır. Onun Milli Şuranı idarə edə biləcəyinə şübhəmiz yoxdur”.

R. Manaflı qeyd edib ki, Milli Şura güclənməyə doğru gedir. Amma qurum daxilindəki partiyalar bir-birləri ilə münaqişəyə getməməlidir: “Milli Şura daxilində siyasi baxışları fərqli olan qüvvələr var. Bu qüvvələr kompromis yolunu tutmalıdırlar. Özünüz də bir müddət öncə Lalə Şövkətin və digərlərinin istefasının şahidi oldunuz. Milli Şura daxilində münaqişələr olmayacaqsa, qurum daha inkişaf edəcək”.

Qeyd edək ki, bir neçə gün öncə Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı təklif verib.

İlkin Pirəli

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat