
“Əgər Saakaşvilinin cinayətləri varsa, o, qanun qarşısında cavab verməlidir”. Bunu
Modern.az-a M. Saakaşvilinin lideri olduğu “Gürcüstan Milli Hərəkatı” Partiyasının üzvü olan deputat Azər Süleymanov deyib. O, Saakaşvilinin Zurab Jvaniyanın ölümü ilə bağlı istintaqa çağırıla biləcəyini bildirsə də, onun həbsinə inanmadığını bildirib.
“Seçkiyə 6 ay qalmış Zurab Jvaniyanın ölümü ilə bağlı keçmiş prezidenti Prokurorluğa çağırmaq istəyirdilər. lakin Mixail Saakaşvili dövlət başçısı kimi toxunulmazlıq statusuna malik olduğundan o, istintaqa çağırılmadı Yeni seçilən prezident Georgi Marqelaşvilinin inaqurasiyasından sonra isə Saakaşvili sıradan bir vətəndaş olacaq. Əgər onun hər hansı cinayət əməli varsa, qanun qarşısında baş əyməlidir. Əlbəttə, inanmıram ki, Saakaşvili həbs olunsun. O, Zurab Jvaniya ilə dost münasibətdə idi”. Qeyd edək ki, namizədi prezident seçkilərində qalib gəlmiş baş nazir Bidzina İvanişvili M. Saakaşvilinin tezliklə həbs ediləcəyini bəyan edib”.
Vüqar İsmayılov