Modern.az

Xalq artistləri “Qaynana” serialına görə fərqli fikirdədirlər

Xalq artistləri “Qaynana” serialına görə fərqli fikirdədirlər

Təhsil

30 Oktyabr 2013, 13:00


Əməkdar artist Sənubər İsgəndərli xalq artisti Zemfira Nərimonovanın onun çəkildiyi “Qaynana” serialı ilə bağlı səsləndirdiyi iradlara münasibət bildirib.

S.İsgəndərli Modern.az-a açıqlamasında deyib ki, serial sənayesi yeni inkişaf edən ölkə üçün “Qaynana” standartlara cavab verib:

“Niyə uyğun gəlmir? Əksinə çox da çərçivəyə uyğun gəlir. Bunu ona görə demirəm ki, orda mən çəkilirdim. Hər halda Azərbaycan miqyası var. Sadəcə bu işə yeni başladığımız üçün yaxşı idi. İnşallah bundan da yaxşı olacaq”.

Qeyd edək ki, xalq artisti Zemfira Nərimanova Modern.az-a açıqlamasında bəzi yerli seriallara baxdığını, ancaq bəyənmədiyini bildirmişdi:

“Bir neçə serialın bir-iki seriyasına baxmışam. Amma məni heç qane eləmir “Qaynana” və “Həkimlər”in bəzi seriyalarına baxmışam. Təbii ki, bəyənmədim. Mənə bir neçə serialdan təkliflər olub, amma qəbul etməmişəm”.

İntiqam Valehoğlu

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir