Modern.az

Nobelçi alimlər BDU-da mühazirə oxuyub - FOTOLAR

Nobelçi alimlər BDU-da mühazirə oxuyub - FOTOLAR

Təhsil

30 Oktyabr 2013, 13:57

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturu qəbul edib. Rektor hər iki Nobel mükafatçısını yenidən universitetdə görməkdən məmnun olduğunu ifadə edib.
Qarşılıqlı maraq doğuran görüşdə alimlər elmin müxtəlif istiqamətlərindən, o cümlədən, nanotexnologiya və innovasiyalardan bəhs ediblər. Rektor Abel Məhərrəmov azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb. Daha sonra Nobel mükafatı laureatları -  Laflin Robert Betts və Markus Rudolf Artur fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub,  verilən suallara ətraflı cavab veriblər.
BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alimlər, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət veriblər. Alimlər tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də veriblər.

***

BDU-da Nobel Mükafatı laureatlarının Laflin Robert Betts (Fizik), David Gross (Fizik), Markus Rudolf Arturun (Kimya) işirakı ilə «Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar» adı altında dəyirmi masa da keçirilib. Maraqlı elmi müzakirələrin keçdiyi dəyirmi masada professorlar -   Məhəmmədəli Ramazanov “Bakı Dövlət Universitetində nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri”, Eldar Şahbazov “Neft sənayesində nanotexnologiyalar” (Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə işləri) və  Eden Mamut “Nanomayelər sahəsində elmi tədqiqatların hazırki vəziyyəti– gələcək təqdiqatlar üçün xüsusiyyətlər, modellər və perspektivlər” (Qara Dəniz Universitetləri Şəbəkəsi) mövzusunda məruzə ediblər. Nobel mükafatçıları Bakı Dövlət Universitetində elmi müstəvidə bakalavr və magistr pilləsində təhsilin təşkili proseslərini təqdirəlayiq hesab etdiklərini vurğulayıblar. Onlar nano tədqiqatlar sahəsində aparılan tədqiqat işlərini də yüksək qiymətləndirib və universitet alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını qeyd ediblər. Eyni zamanda universitetdə bu istiqamətdə təhsilin yüksək səviyyədə təşkil olunduğunu və gələcəkdə dünya təhsil sisteminə inteqrasiya barədə öz tövsiyyələrini veriblər. Dəyrmi masa verilən suallara ətraflı cavablarla başa çatıb.













Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir