Modern.az

Yeni kənd təsərrüfatı naziri Fransaya dəvət aldı - FOTO

Yeni kənd təsərrüfatı naziri Fransaya dəvət aldı - FOTO

Təhsil

30 Oktyabr 2013, 14:55

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federiko Kasteluççinin rəhbərlik etdiyi Fransadan olan nümayəndə heyəti ilə görüşüb. Görüşün əsas məqsədi Azərbaycan və Fransa arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Heydər Əsədov qonaqlara nazir təyinatından sonra ilk görüşünün Fransa nümayəndə heyəti ilə olduğunu xatırladıb, bu görüşün Fransa və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsində rol oynayacağınıq qeyd edib. Heydər Əsədov Azərbaycanda aqrar sahədə əldə olunmuş nailiyyətlər və bu sahəyə Prezident tərəfindən göstərilən dəstəkdən söz açıb. O, aqrar sahəyə subsidiyaların verilməsi, torpaq vergisi istisna olmaqla kənd təsərrüfatı istehsalçılarının bütün vergilərdən azad olduğunu, gübrələrin güzəştlə verildiyini və s. qeyd edib. Bildirib ki, ÜDM istehsalında kənd təsərrüfatının payı 5.2% təşkil edir.
Nazir prezident tərəfindən təsdiq olunmuş dövlət proqramlarında bu sahənin inkişafına xüsusi önəmin verildiyini, üzümçülük və şərabçılığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edərək, 80-ci illərdə Azərbaycanda rekord həddə - 2 milyon tondan çox üzüm istehsal olunduğunu, 1985-ci ildə SSRİ rəhbəri Mixail Qorboçovun alkoqolizmə qarşı mübarizə pərdəsi altında Azərbaycanda üzümçülüyün tənəzzülünə səbəb olduğunu nəzərə çatdırıb.   

Heydər Əsədov Azərbaycan və Fransa arasında müəyyən olunmuş proqramların bundan sonra da davam etdiririləcəyi və intensivləşdiriləcəyinə əminliyini ifadə edib və Fransa tərəfindən yeni təkliflər gözlədiyini nəzərə çatdırıb. 

Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye Heydər Əsədovi təyinat münasibətilə təbrik edib. Andre Vilye gələn ilin mart ayında Fransada təşkil olunacaq kənd təsərrüfatı sərgisinə kənd təsərrüfatı nazirini dəvət edib və Azərbaycana gəlmiş  nümayəndə heyəti tərkibində üzümçülük və şərabçılıq sahəsi üzrə mütəxəssislərin olduğunu bildirib. O. Azərbaycan və Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə və başlanmış proqramların uğurla başa çatacağına ümidvar olduğunu söyləyib.

Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federiko Kasteluççi Azərbaycanın bu təşkilata üzv olduğunu və ölkənin süfrə və texniki üzüm sortlarının böyük potensiala malik olduğunu bildirərək, fransalı ekspertlərin Azərbaycana göndərilməsini, hər iki ölkə arasında kadr hazırlığı üzrə proqramların həyata keçirilməsini məqsədəuyğun hesab edib. Yekunda nazir Heydər Əsədov bu görüşlərin mütəmadi olacağını və gələcək əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə öz töhvəsini verəcəyini bildirib.


Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat