Modern.az

Azərbaycanda ilk dəfə ömürlük məhkum həbsxanada evlənib - FOTOLAR

Azərbaycanda ilk dəfə ömürlük məhkum həbsxanada evlənib - FOTOLAR

İqtisadiyyat

30 Oktyabr 2013, 16:16

Oktyabrın 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum Strelyayev Sergey Aleksandroviçlə Lyudmila Aleynikovanın nikah mərasimi keçirilib.

Modern.az Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, yaradıcı məhkumlardan olan S.A.Strelyayev çoxsaylı şerləri və nəşr olunmuş kitabları ilə ictimaiyyətə yaxşı tanışdır. Məhbəs həyatı yaşayan insanların yaradıcılıq nümunələri son illər ərzində ictimaiyyətə geniş təqdim olunub, həmin tədbirlərdə millət vəkilləri, görkəmli şair və yazıçılar, xarici ölkə səfirliklərinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Məhkum S.A.Strelyayevin və onun yaxınlarının müraciəti əsasında Penitensiar Xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. Həbsxanada keçirilən tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin, Qaradağ rayon Qeydiyyat şöbəsinin məsul əməkdaşları, məhkumun anası, yaxın qohumları və tanışları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Nikah mərasimini giriş sözü ilə açan Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov belə tədbirlərin respublikamızda həssas qrupa daxil olan məhkumların hüquqlarının qorunmasına yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulayıb, ölkə başçısının tapsırıqlarına uygun olaraq penitensiar sistemdə aparılan köklü islahatlar barədə məlumat verib.

Çıxış edənlər belə bir tədbirin təşkil olunmasını penitensiar sistemdə əldə olunmuş yüksək nailiyyətlərin nümunəsi kimi qiymətləndirərək, ölkəmizdə hər kəsin hüquq bərabərliyinin təmin olunduğunu qeyd ediblər. Həmçinin, muasir penitensiar infrastrukturun yaradılmasının, məhkumların maraqlarının təhsil və biliyə, müasir texnologiyalara yiyələnməyə yönəldilməsinin, onların azad cəmiyyətə sağlam mənəviyyatlı insanlar kimi qayıdışlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

APA-nın məlumatına görə, S.Strelyayev jurnalistlərə müsahibəsində ailə qurmağın böyük məsuliyyət olduğunu deyib: “Lyudmila ilə iki il əvvəl mənim şerlərimdən ibarət kitabın təqdimatı keçirilən zaman tanış olduq. Sonra məktublaşmağa və telefonla danışmağa başladıq. Lyudmila mənim ziyarətimə də gəlirdi. Elə görüşlərin birində ona evlənmə təklif etdim. O da qəbul elədi və bu qərarı birlikdə verdik. Hesab edirəm ki, sevən insanlara şərait və məsafə mane olmur. Allah sevgi hissi yaşamağı və xoşbəxt olmağı hər kəsə qismət eləsin. Bizə yaradılan şərait üçün isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm”.
Qeyd edək ki, L.Aleynikova Rusiya ali məktəblərindən birinin üçüncü kursunda təhsil alır.

4253_290748637.jpg

4254_233169257.jpg

4255_996769648.jpg

4256_633636569.jpg

4257_734147339.jpg

4258_669411636.jpg

4259_980465428.jpg
4260_701281081.jpg

4261_512174956.jpg

Modern.az 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü