Modern.az

Türkiyədə iki nəfəri öldürən cinayətkar Sumqayıtda yaxalanıb

Türkiyədə iki nəfəri öldürən cinayətkar Sumqayıtda yaxalanıb

30 Aprel 2010, 17:31

Respublika daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfəri odlu silahla qətlə yetirdiyinə və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğuna görə Türkiyə Respublikasının daxili işlər orqanları tərəfindən axtarışda olan Sarıbaş Mehmet Erdal Sumqayıt şəhəri ərazisində yaxalanıb. Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, o, özünü Türkiyə vətəndaşı Ölməz Mustafa Zəkəriyyə kimi təqdim edərək saxta sənədlərlə Sumqayıt şəhərində yaşamış və orada ailə qurmuşdur. Sarıbaş Mehmet Erdal ilkin dindirmə zamanı törətdiyi cinayətləri – 2001-ci ildə Türkiyənin Kilis şəhərində odlu silahdan istifadə etməklə iki nəfəri qətlə yetirdiyini və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu tam etiraf edib. Hazırda onun ekstradisiyası üçün müvafiq tədbirlər görülür.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı