Modern.az

Milli Şuranın partiyaya çevrilməsi nə Müsavatda, nə də Cəbhədə bəyənildi

Milli Şuranın partiyaya çevrilməsi nə Müsavatda, nə də Cəbhədə bəyənildi

Təhsil

31 Oktyabr 2013, 11:57

Ana müxalifət partiyaları hesab olunan Müsavat və AXCP-nin birləşərək bir qurum olması haqqında irəli sürülə təkliflərdən indi də Milli Şuranın partiyaya çevrilməsi məsələsi gündəmə gəlib. Modern.az bu məsələ ilə bağlı Milli Şura üzvü olan Müsavat və AXCP rəsmilərindən münasibət öyrənib.

Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hesab edir ki, bu məsələdə qeyri-ciddi yanaşmalar mövcuddur. Onun sözlərinə görə, Müsavat Partiyasının 100 ildən çox tarixi olduğundan cari siyasətə görə sözügedən təşkilatın hansısa quruma birləşməsi kimi təkliflər ciddi deyil. “Təəssüf edirəm ki, hazırda müxalifətin təmərküzləşməsi istiqamətində müzakirələr aparılır. Belə təkliflərin gündəmə gəlməsi əsas hədəfləri diqqətdən yayındırır”, –deyə Müsavat funksioneri bildirib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da Milli Şuranın partiyaya çevrilməsini məqsədəuyğun saymır. “Qurum müxtəlif ideologiyalı insanları bir arada birləşdirir. Buna görə də Milli Şuranın partiyaya çevrilməsinə ehtiyac yoxdur. Çünki Milli Şura formatı daha geniş və sərbəst təmsilçilik imkanı yaratdığından cəmiyyətin fəal qüvvələrinin birlik mexanizmidir”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir