Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva şəhərində tikilməsi planlaşdırılan metrostansiyaların inşasında Azərbaycanda qeydiyyata olan “Evrascan” şirkəti podratçı qismində iştirak edəcək. Moskva meriyasının yaxın üç ildə şəhərdə 50 yeni metro stansiyası tikmək planları ilə bağlı 2012-ci ilin yayında elan etdiyi tenderdə “Mosinjproekt” ASC qalib gəlib. Onun layihədə özünə seçdiyi podratçı şirkətlərdən biri Azərbaycanda qeydiyyatdan keçən “Evrascan” müştərək Azərbaycan-Belarus şirkətidir. Şirkət 1,65 km uzunluğu olan “Şoloxovskaya” stansiyasının tikintisini həyata keçirəcək. Layihənin dəyəri təxminən 115 milyon manat (5 milyard rubl) təşkil edir.
Xatırladaq ki, “Evrascan” Açıq Səhmdar şirkəti əvvəllər “Azərkörpü” ASC adı ilə fəaliyyət göstərib.
Vüqar İsmayılov