
““El” Hərəkatı siyasi partiyaya çevrilməməlidir. Düzdür təşkilatın partiyaya çevrilməsi üçün bütün atributlar var və lazımı işlər görülür, müvafiq şərait var, ancaq düşünürəm ki, “El” Hərəkatı siyasi partiya olmasa daha yaxşı olar”. Bunu
Modern.az-a açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. O, yeni yaradılmış hərəkatın bazasında partiya yaratmağın perspektivinin önəm daşımadığını bildirib. “El” rəsmisi deyib ki, təmsil olunduğu hərəkat ictimai-siyasi qurum kimi fəaliyyət göstərsə daha düzgün olar. E.Quliyev hərəkatın statusunun dəyişdirilməsinin əleyhinə olmasının da səbəblərini açıqlayıb.
““El” istər siyasi partiya, istərsə də hərəkat olsun, mahiyyəti dəyişmir. Biz strategiyamızı, ideyamızı ortaya qoymuşuqsa, statusun dəyişməsinin önəmi yoxdur. Digər tərəfdən hakimiyyət “El”i hərəkat və ya partiya kimi qeydiyyatdan keçirməyəcək. “El” hərəkat kimi qalarsa, digər siyasi partiyaların da üzvləri burda iştirak edə bilər”.
Aqşin Kərimov