Modern.az

Rəsul Quliyevin tərəfdarları arada qalıb AÇIQLAMA

Rəsul Quliyevin tərəfdarları arada qalıb AÇIQLAMA

Təhsil

31 Oktyabr 2013, 13:03

Sülhəddin Əkbər: “ACP qurultaya hazırlaşır”

“Rəsul Quliyev Açıq Cəmiyyət Partiyasının liderliyindən və üzvlüyündən istefa verdiyinə görə ACP-nin quruculuğunda onun rolu olmayacaq”. Bunu Modern.az-a ACP sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, Rəsul Quliyevin partiyanın gələcək fəaliyyətində ideoloq kimi məsləhətlər verməsi də düzgün deyil. Onun sözlərinə görə ACP-ni bu vaxta qədər Rəsul Quliyevə görə tərk edənlər olmayıb.

“Rəsul Quliyevə görə partiyaya gələnlər az olmayıb. Ancaq Rəsul Quliyevin istefasından sonra bizə həmin adamlar ACP-ni tərk etmək barədə müraciət etməyiblər və belə bir niyyətləri də yoxdur”.

ACP sədri partiyanın qeydiyyatı məsələsinə də toxunub. “Bu vaxta qədər Rəsul Quliyevə görə partiyanı qeydiyyata almırdılar. Ancaq Ədliyyə Nazirliyi yenə də bizim müraciətimizə əsassız bir cavab verib. Partiyamızın yazda qurultayı keçiriləcək. Bundan sonra ACP-nin qeydiyyatı məsələsi öz həllini tapmalıdır. Partiyanın qeydiyyatı ilə bağlı ciddi məşğul olmaq fikrindəyik. Avropa Məhkəməsinə qədər bu işi götürmək niyyətimiz var”-deyə S. Əkbər bildirib.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir