Məlum olduğu kimi 18.10.2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Yeqor Serbakovun ölümündə təqsirləndirilərək şübhəli şəxs kimi həbs edilən Orxan Zeynalovla əlaqədar Rusiya Federasiyası İctimai Palatasının sədri Yevgeni Velixova məktub göndərmişdi. Müraciətdə məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə cıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulması və zorakılıga məruz qalmasından ciddi narahatlıq ifadə edilmişdi.
Bu günlərdə İctimai Palatanın sədri Y.P.Velixov müraciəti cavablandırıb. O, cavab məktubunda bildirib ki, Rusiya ictimaiyyəti Orxan Zeynalovun həbsi ətrafında yaranmış vəziyyətdən çox narahatdır. Bununla əlaqədar İctimai Palata Rusiyanın daxili işlər naziri V.A.Kolokolçevə və Baş prokror Y.Y.Çaykaya müraciət edib. Y.Velixov qeyd edib ki, baş verən bu hadisə yalnız Azərbaycana yönəlik deyil, ümumilikdə Rusiyada olan miqrasiya probleminin təzahürüdür. İctimai Palata hazırda istintaqla bağlı vəziyyəti nəzarət altında saxladığını və prosesin gedişatı ilə bağlı Şuranı gələcəkdə də məlumatlandıracağını bildirib.
Modern.az