“Rusiyadan Azərbaycana dönüş edən miqrantlar ciddi psixoloji sarsıntılar keçirir”. Psixoloq Narınc Rüstəmova Modern.az-a belə deyib. Onun sözlərinə görə, insanın harda yaşamasından asılı olmayaraq, həmin mühitə adaptasiya olması üçün zaman lazımdır.
“Russiyada yaşayanlar artıq necə illərdir ki o şəraitə öyrəşiblər. Bu sistemdən çıxmaq, yenidən harasa köçmək, orda yenidən çətinliklərlə üzləşmək təbii ki, qorxuludur. Amma onlar unudurlar ki, bura onların vətənidir və nə qədər çətin olsa da, Rusiyadan rahat olacaq”.