Modern.az

Gülağa Aslanlı: “Milli Şuranın növbəti mitinqinin vaxtı mücərrəddir”

Gülağa Aslanlı: “Milli Şuranın növbəti mitinqinin vaxtı mücərrəddir”

Təhsil

31 Oktyabr 2013, 13:53


“Milli Şuranın növbəti mitinqin keçirilmə vaxtı bəlli deyil”. Bu barədə Modern.az-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, mitinqin keçirilməsi ilə bağlı qərar verilməyib: “Deyə bilmərəm, mitinq nə vaxta təşkil olunacaq. Nə vaxt toplaşıb qərar versələr, o zaman ictimaiyyətə məlumat verəcəyik. Hələlik bu barədən müzakirələr aparılmayıb”.

G. Aslanlı Yeni Azərbaycan Partiyası (YAP) icra aparatının müavini Siyavuş Novruzovun son mitinqdə “Sərbəst toplaşmaq azadlığı haqqında qanun”un pozulduğunu iddia etməsinə də cavab verib:

“Siyavuş Novruzov həmişəki kimi öz ampluasındadır. Son keçirdiyimiz mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) hər hansı qanun pozuntusunun olması ilə bağlı fikir səsləndirməyib. Əvvəlki mitinqdən sonra gənclərin razılaşdırılmamış hər hansı hərəkətlərin olması ilə bağlı fikirlər səsləndirirdilər. Bu, mitinqdə kiminsə çıxışa görə deyildi. Siyavuş Novruzov, sadəcə, “Qarğa, məndə qoz var” prinsipinə əməl edir. Onun açıqlamalarının arxasında növbəti mitinqlərin keçirilməsinə qadağa qoyulması mesajı ola bilər”.  

İlkin PİRƏLİ
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir