Modern.az

Müdafiə naziri Naxçıvan hərbi polisinin rəisini dəyişdirib

Müdafiə naziri Naxçıvan hərbi polisinin rəisini dəyişdirib

Təhsil

31 Oktyabr 2013, 14:40

Azərbaycanın yeni müdafiə naziri Naxçıvan Muxtar Respublikasına səfər edib. 

APA-nın məlumatına görə, general-polkovnik Zakir Həsənov oktyabrın 30-da Naxçıvanda yerləşən ordu birləşməsində olub, şəxsi heyətlə görüş keçirib.

Z. Həsənov Naxçıvana səfəri çərçivəsində bir sıra yeni təyinatlar da həyata keçirib. Onun əmri ilə polkovnik Elman Orucovu Naxçıvan hərbi polisinə rəis təyin edilib. E. Orucov general-mayor Elbrus Orucovun qardaşıdır.

Z. Həsənov, həmçinin Naxçıvanda bir sıra hərbi hissələrə baş çəkərək, vəziyyətlə yerində tanış olub.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir