Modern.az

İngiltərənin yeni baş naziri Devid Kemeron olacaq

İngiltərənin yeni baş naziri Devid Kemeron olacaq

Təhsil

30 Aprel 2010, 19:14

Devid Kemeron İngiltərənin yeni baş naziri olacaq. Modern.az Brtaniya mətbuatına itstinadən xəbər verir ki,  “Sky News” telekanalı bu gün ölkədə keçirilimiş ictimai rəy sorğusunu açıqlayıb. Nəticələrə görə, ingilis elektoratın 38 faizi Mühafizəkarlar Partiyasına, 32 faizi liberal demokratlara və 28 faizi hakim Leyboristlər Partiyasına rəğbət bəsləyir. Belə vəziyyət bu il mayın 6-dək qalarsa, onda mühafizəkarlar nümayəndələr palatasında mütləq səs çoxluğu qazanaraq Devid Kemeronun başçılığı ilə hökumət təşkil edə biləcəklər.

Belə halda isə indiki baş nazir Qordon Braunun rəhbərlik etdiyi Leyboristlər Partiyası liberal demokratlar tərəfindən üçüncü mövqeyə sıxışdırılaraq 1918-ci ildən bəri görünməmiş tarixi məğlubiyyətə düçar olacaq.

Qeyd edək ki, son teledebatlar gedişində Qordon Braun məğlub olub.   

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!