Modern.az

Məhkəmə ADNA ətrafında saxlanılan 10 nəfər barədə qərar çıxarıb

Məhkəmə ADNA ətrafında saxlanılan 10 nəfər barədə qərar çıxarıb

Təhsil

30 Aprel 2010, 23:00

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının ildönümü ilə əlaqədar aprelin 30-da metronun “28 May ” stansiyası ətrafında icazəsiz aksiya keçirərkən saxlanılan 10 nəfər barəsində inzibati qaydada ölçü götürüləcək. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, aksiyanın keçirilməsinə rəsmən icazə verilmədiyi üçün polis öz işini görüb. E.Zahidov bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edərkən saxlanılanların bir çoxlarına xəbərdarlıq edilərək buraxılıb. 10 nəfərin barəsində isə inzibati qaydada ölçü götürülməsi üçün məhkəməyə müraciət olunub. *** Aprelin 30-da axşam saatlarında Bakının Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin ildönümü iəlaqədar keçirilən icazəsiz aksiyada ictimai asayişi pozduğu üçün saxlanılan 10 nəfərin işinə baxılıb. Onlardan 9-su inzibati qaydada cərimələnərək buraxılıb, bir nəfərə - Əhəd Məmmədliyə isə 10 sutkalıq iş kəsilib. Ə.Məmmədli Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinidir.  Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı da həbsdədir. O, aprelin 29-da tutularaq 10 sutkalıq həbsə məhkum edilib. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir