Modern.az

Oqtay Əsədov moldovalı ombudsmana fəxri medal verdi

Oqtay Əsədov moldovalı ombudsmana fəxri medal verdi

Təhsil

31 Oktyabr 2013, 17:34

Oktyabrın 31-də Milli Məclisin sədri Oqtay Əsədov III Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana gəlmiş Moldova Respublikasının Ombudsmanı xanım Aureliya Qriqoriu ilə görüşüb.
Parlamentin sədri Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə və Ermənistan parlamentində rəsmi Yerevanın azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq siyasətini kəskin tənqidinə görə Azərbaycan xalqı adından qonağa minnətdarlığını bildirib:

"Sizin bu çıxışınızdan sonra ermənilər tərəfindən təzyiq və təqiblərə məruz qalmağınız onların terrorçu mahiyyətini bir daha ortaya qoydu. İşğalçı ölkənin parlamentində səsləndirdiyiniz fikirlər və qətiyyətli çıxışınız sizin ombudsman institutuna sadiqliyinizi və ədalətli müvəkkil olduğunuzu göstərdi".

Sonra Oqtay Əsədov insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalını xanım Aureli Qriqoriuaya təqdim etdi.

Səmimi görüşə və fəaliyyətinə Azərbaycan parlamenti tərəfindən verilən yüksək qiymətə görə minnətdarlığını bildirən qonaq dedi ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilmiş və 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın düşüb.
"Bu faktdır və ədaləti bərpa etmək üçün bu fakt Ermənistan parlamentində səsləndirilmişdir". Öz fəaliyyətində daim ədalət prinsiplərinə əsaslandığını bildirən A. Qriqoriu nəzərə çatdırdı ki, ermənilərin təhdidlərinə baxmayaraq onu dəstəkləyənlərin də sayı çox olub.
Xanım Ombudsman deyib ki, Ermənistanın işğalçı dövlət olması gec-tez açıq şəkildə söylənməli idi. 
Görüşdə ölkəmizin Moldova Respublikasında səfiri Namiq Əliyev, Azərbaycan Respublikasının Ombudsmanı Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir