Modern.az

QMİ-dən AÇIQLAMA: “Biz Həccə gedənlərə peyvənd vuran qurum deyilik”

QMİ-dən AÇIQLAMA: “Biz Həccə gedənlərə peyvənd vuran qurum deyilik”

Təhsil

31 Oktyabr 2013, 18:12


“Biz Qafqaz Müsəlmanları İdarəsi olaraq,  Həcc ziyarətini təşkil edən tərəf kimi nizamlayırıq ki, onlara peyvənd vurulmuş olsun. Amma biz peyvənd vuran qurum deyilik”. Bu sölzəri Modern.az-a açıqlamasında Qafqaz Müsəlamanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Həcc ziyarətindən qayıdan 5 nəfərdə yuxarı tənəffüs orqanlarında kəskin respirator infeksiya xəstəliyi aşkarlanması məsələsinə münasibət bildirərkən deyib.

  O qeyd edib ki, QMİ zəvvarların sağlamlıq haqqında arayış almasına, sığortasına və s. məsələlərə nəzarət edir. “Çünki biz onların aparılmasında məsul şəxslərik. Amma peyvəndin keyfiyyəti və başqa digər məsələlərlə bağlı açıqlama verə bilmərik. Onlar bizə kağız  gətirirlər ki, peyvəndləri vurulub. Hər bir zəvvar vətəndaş olaraq harada yaşayırsa, oranın müvafiq səhiyyə qurumunda peyvəndi vurulur. Zəvvarlarımız bir aydan az müddət ərzində həm peyvəndin təsiri nəticəsində, həm də ayırdığımız həkimlərin qayğısı nəticəsində hamısı sağ-salamat gəldilər. Lakin çətin səfəridir, yorulanlar, zəif düşənlər olur. Böyük temperatur dəyişikliyinə düşmələri bir qədər zəif insanlara təsir etmiş olur, yəqin onlar xəstələniblər. Amma bunun problemli, qorxulu xəstəlik elan etməyə əsas yoxdur. Müvafiq orqanlara müraciət ediblər və inşallah onlar da tez zamanda sağalarlar”.  

Aytən ƏLİYEVA
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir