Modern.az

Moskvada 4 Azərbaycan vətəndaşı həbs olunub

Moskvada 4 Azərbaycan vətəndaşı həbs olunub

30 Aprel 2010, 22:32

Moskvada qanunsuz maliyyə əməliyyatlarında ittiham olunan 4 Azərbaycan vətəndaşı həbs olunub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  Moskvanın Tver rayon Məhkəməsi iri miqdarda pul vəsaitlərini qanunsuz olaraq nəğd pula çevirən 4 nəfər Azərbaycan vətəndaşı barədə həbs qəti-imkan tədbiri  seçib. Bu barədə Moskva şəhər  Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Anna Usaçeva bugünkü açıqlamasında bildirib. “Məhkəmə Azərbaycan vətəndaşları – Sahil Məmmədov, İlqar Kərimov, Andım Qalbayev və Eldəniz Xəlilovun həbs olunması barədə vəsatət qaldırıb. Onlar qanunsuz bank əməliyyatlarnda ittiham olunurlar”,-deyə Usaçeva bildirib.

 

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Moskvada çantada Azərbaycandan Rusiyaya  5 milyon dollar  pul gətirən kuryer həbs olunub. İstintaq müəyyən edib ki, nəğd pullar həftədə bir neçə dəfə kuryerlər vasitəsilə Bakıdan Moskvaya aparılıb. Şübhəli şəxslərə aid saxta firmaların bank hesablarına 5,5 milyard dollar vəsait köçürülüb. Rusiya DİN İstintaq İdarəsi müəyyən edib ki, Azərbaycan vətəndaşları Rusiya Mərkəzi Bankının lisenziyası olmadan bank əməliyyatları həyata keçiriblər.

 

İstintaq qrupun Rusiyadan son 2 il ərzində 90 milyard rubl vəsait çıxartdığını müəyyən edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı