Modern.az

Mehriban Əliyeva sabiq 1-ci ledi ilə görüşüb

Mehriban Əliyeva sabiq 1-ci ledi ilə görüşüb

Təhsil

31 Oktyabr 2013, 22:42

/file/articles/2013/10/31/94713.jpg
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində görüşlər keçirib.
Birinci xanım Mehriban Əliyeva əvvəlcə Latviyanın sabiq prezidenti Valdis Zatlersin xanımı Lilita Zatlere ilə görüşüb.

AzərTAc-ın məlumatına görə, Mehriban  Əliyeva xanım Lilita Zatlereni yenidən Bakıda görməkdən məmnun olduğunu bildirib.
Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyəti vurğulanıb, bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

X X X

 

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən “Dər əl-Əsər Əl-İslamiyyə” – İslam abidələri Fondunun direktoru şeyxə Hussa Sabah Əl-Səlim əl-Sabahla da görüşüb.
Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti, mədəniyyətlərarası dialoqun xalqların və ölkələrin əlaqələrinin inkişafında rolu vurğulanıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir