Modern.az

Azərbaycanda Beynəlxalq Şərab Festivalı açılıb

Azərbaycanda Beynəlxalq Şərab Festivalı açılıb

Təhsil

1 Noyabr 2013, 10:31
Bu gün II Gəncə Beynəlxalq Şərab Festivalı keçirilir. Gəncə şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, festival Gəncə şəhər İcra Hakimiyyəti, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı Nazirliyi, həmçinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən birgə təşkil edilib. “II Gəncə Beynəlxalq Şərab Festivalı” Azərbaycan Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 saylı sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində baş tutub.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, festivalın təşkilat komitəsinin üzvü Naqif Həmzəyevin verdiyi məlumata əsasən “II Gəncə Beynəlxalq Şərab Festivalı” çərçivəsində tədbirlər planına müvafiq olaraq, 1-2 noyabrda III Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarının da Gəncə şəhərinə səfəri nəzərdə tutulub. Qonaqların Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə də görüşəcəklər. Onlar Göygöl rayonunun Mixaylovka qəsəbəsində şərab istehsalı layihəsinin reallaşmasına dair “Anlaşma Memorandumu”nun imzalanması və təməlqoyma mərasimində iştirak edəcək, Gəncə Şərab-2, ADAU-nun Aqrotexnologiya fakultəsinin Qida Texnologiyası laboratoriyası ilə tanış olacaq və “Göygöl Şərab Zavodu” səfər edəcəklər.

Eyni zamanda festival çərçivəsində şəhər gəzintisi, eləcə də tarixi abidələrin ziyarət edilməsi, Xan Bağı, qədim Gəncə ilə tanışlıq, Xəmsə kompleksi, Şah Abbas məscidi, Cavadxan türbəsi, Çökək Hamam, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət, Gəncənin Təndir çörəyi istehsalı turistik layihəsinin və yerli pendirinin dequstasiyası, Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş sərgiyə baxış və müvafiq konfransda iştirak, Cavadxan küçəsində təşkil olunacaq şərab festivalında iştirak və qonaqların şərəfinə poeziya axşamının və konsertin təşkil edilməsi tədbirlər planına daxildir.

Festivalda ümumilikdə 36 ölkədən 160-dan çox xarici qonaqların, şərabçılar ittifaqlarının və assosiasiyaların, eləcə də şərab istehsalçılarının istehsal etdikləri şərab məhsulları ilə iştirakı da nəzərdə tutulur. Qeyd edək ki, sözügedən festivalda gələcəkdə Gəncədə Fransız çörəyi layihəsinin reallaşmasına dair müzakirələrin aparılması da planlaşdırılır.

  Gültəkin ƏLƏSGƏR  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir