Modern.az

Gestaponun itmiş şefi - Müller tapılıb

Gestaponun itmiş şefi - Müller tapılıb

1 Noyabr 2013, 10:36


“Alman müqavimətinin tarixi yerləri” adlı alman təşkilatının rəhbəri Yohannes Tuhel iddia edir ki, o, arxivlərdə gizli dövlət polisi - Gestaponun şefi, SS-in qruppenfüreri Henrix Müllerin ölümünə dair təkzibolunmaz sübutlar aşkarlayıb.

Modern.az bildirir ki, Yohhanes Tuhel Gestaponun şefi Müllerin 1945-ci ilin avqustunda Mərkəzi Berlin rayonundakı yəhudi qəbirstanlığında dəfn olunduğunu açıqlayıb. O, müvafiq sənədləri Almaniyanın “Bild” qəzetinə təqdim edib.

“Onun tez-tələsik dəfn olunmuş tabutu Berlinin o zamanlar Amerika sektorundakı ərazidə axtarış qrupu tərəfindən aşkar olunub. Müller general formasında idi və kitelinin sol cibində onun şəkili olan sənədlər var idi” - deyə Tuhel bildirib.

Onun sözlərinə görə, axtarış qrupu Müllerin şəxsiyyətini müəyyənləşdirib və bu barədə Amerika komandanlığına məlumat veriblər. “Əmr verilmişdi ki, onun cənazəsi yəhudi qəbirstanlığındakı ümumi məzara gömülsün”.

“Əlavə yoxlamağa zərurət var. Görünür, faktın təsdiqlənməsi üçün eksqumasiyaya ehtiyac var. Lakin indidən bu xəbər şok effekti yaradır”.

”Əsas faşist cəlladlarından birinin yəhudi qəbirstanlığında dəfni dəhşətdir. Bu aktla Holokostun günahsız qurbanlarının ruhu təhqir olunub”. Bu bəyanatı isə Almaniya Yəhudiləri Mərkəzi Şurasının üzvü Diter Qrauman hadisəyə münasibət bildirərkən bildirib.

Adolf Hitlerin və onun yaxın ətrafının ölümündən sonra Müllerin izi itib. O nə müttəfiqlərə təslim olan nasist lideri arasında, nə də ki, şəxsiyyətləri müəyyən edilən cəsədlər arasında idi. Şayiələr dolaşırdı ki, Müller guya SSRİ-dədir. Əldə olan sonuncu şahid ifadəsinə əsasən, Müllerə bənzəyən şəxs 1949-cu ilin yayında çex kurortu Karlovı Varıda görünüb.

 Modern.az


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu