Milli Məclisin deputatı Azay Quliyev dünən seçildiyi 46 saylı Şirvan seçki dairəsinin seçicilərilə Şirvan şəhərinin müxtəlif məhəllələrində görüşlər keçirib.
Deputatın köməkçisi Şahin Nəbiyevin Modern.az-a verdiyi məlumata görə, Azay Quliyev öncə
Şirvan şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış və minaya düşərək 19 yaşında şəhid olmuş əsgər Sadiq Atayevin yas mərasimində iştirak edib.
Deputat şəhid əsgərin ata evini ziyarət edib.
Səfər çərçivəsində Azay Quliyev şəhərin L-nt İbrahimov küçəsinin sakinləri ilə də görüşüb, onların problemləri ilə yaxından tanış olub. Görüşdə şəhər əhalisinin üzləşdikləri içməli su və mavi yanacaq problemlərilə bağlı geniş müzakirələr aparılıb. Həmin məsələlərlə bağlı aydiyyatı orqanların rəhbərləri məhəlləyə dəvət olunub və problemlər yerindəcə həllini tapıb.
Şirvan şəhərinin Bayramlı qəsəbəsində isə sakinlər yeni məktəbə ehtiyacları olduğunu bildiriblər və Azay Quliyev müxtəlif problemlərlə əlaqədar aydiyyatı orqanlar qarşısında məsələ qaldıracağını söz verib.