Modern.az

İsmayıl Ömərov TÜRKSOY tərəfindən mükafatlandırılıb

İsmayıl Ömərov TÜRKSOY tərəfindən mükafatlandırılıb

Təhsil

30 Aprel 2010, 22:48

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov TÜRKSOY tərəfindən mükafatlandırılıb. Mükafat İ.Ömərova Türk dünyası mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətinə, İctimai Televiziyanın ortaq Türk televiziyası layihəsində  tariximiz, mədəniyyətimiz və adət-ənənələrimizin təbliği, gələcək nəsillərə çatdırılması istiqamətində hazırlanan proqramlara görə təqdim edilib. Bu barədə Modern.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.
İctimai Televiziyanın TRT-AVAZ ilə bir ildən artıq həyata keçirdiyi ortaq yayımda “Yeni gün” proqramına görə şirkətin “Səhər” proqramları departamentinin direktoru Səidə Musabəyli və bu proqramdakı peşəkar aparıcılığına görə Saleh Bağırov da TÜRKSOY-un mükafatına layiq görülüb.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər