Modern.az

Mollalar xütbəni “kitabdan oxuyacaq”

Mollalar xütbəni “kitabdan oxuyacaq”

Təhsil

1 Noyabr 2013, 12:08

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib. Fətvada qeyd edilir ki, Məhərrəm ayı noyabrın 5- axşamından başlayır və Aşura günü noyabrın 15-də olacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  Modern.az-a  bildirilib ki, bir neçə ay bundan əvvəl Qafqaz müsəlmanları idarəsi tərəfindən "axund və imamlar üçün xütbə nümunələri adlı kitab çap olunub". Dövlət Komitəsi bu kitaba mübət rəy verib. Məscidlərdə gündəlik vaxt namazlarında və xüsusəndə cümə günlərində bu xütbə nümunələrindən istifadə etmək tövsiyyə olunur. Eyni zamanda məhərrəm ayında da həmin xütbə nümunələrindən istifadə edilməsi tövsiyə olunub

Qafqaz Müsəlamanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, din xadimləri üçün hazırlanan kitab vəsait olduğu üçün onlara xütbələrini hazırlayarkən həmin kitabdan istifadə etmələri mümkündür. “Qalanı onların yaradıcılıqlarına və maarifçiliklərinə qalır ki, həmin mövzu ətrafında necə danışacaqlar. Məhərrəm ayı ilə bağlı fətvada da öz əskini tapır ki, bu və ya digər günlərdə hansı məqamlara toxunsunlar. Necə toxunmaq, hansı sözlərlə ifadə etmək artıq hər bir din xadiminin öz boynuna qalan bir şeydir. Məhərrəmliyin fəlsəfəsinin açılması ilə bağlı fətvada da yazılıb ki, bu məqamlar insanlara hökmən çatdırılmalıdır”.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir