Modern.az

Sumqayıt İcra Hakimiyyəti: “Şəhər 2 rayona gələn il bölünəcək”

Sumqayıt İcra Hakimiyyəti: “Şəhər 2 rayona gələn il bölünəcək”

Təhsil

1 Noyabr 2013, 13:04


“Sumqayıtın iki rayona bölünməsi gələn ildən reallaşacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev məlumat verib. O, qeyd edib ki, layihə üzərində hələlik iş gedir.

“Sumqayıtın iki rayona bölünməyəcəyi ilə bağlı məlumatlar yanlışdır. Layihə artıq təsdiqlənib və hazırda onun üzərində iş gedir. Sumqayıtın hansı hissələri iki rayona bölünəcək, strukturu necə olacaq, – bunlar hələlik bilinmir. Sumqayıtın hansı hissələrdən iki yerə bölünəcəyi ilə bağlı verilən məlumatlar isə reallığı əks etdirmir”, – deyə A. İmaməliyev deyib.  

Aytən ƏLİYEVA
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir