Modern.az

Təhsil Nazirliyi: “Ali məktəblərdə satılan dərsliyə nəzarət etmirik”

Təhsil Nazirliyi: “Ali məktəblərdə satılan dərsliyə nəzarət etmirik”

Təhsil

1 Noyabr 2013, 13:09


“Sovet dövründə hazırlanmış dərsliklər öz əhəmiyyətini itirib”. Modern.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, sovet dövründə hazırlanmış bir sıra dərsliklərin öz əhəmiyyətini itirməsi ali məktəblərdə nəzərə alınmalıdır. “Ali məktəb dərslikləri müvafiq sahələr üzrə mütəxəssis alimlər tərəfindən hazırlanır, aidiyyəti kafedralarda, fakültə elmi şuralarında müzakirə olunur, kənar rəylər alındıqdan sonra tədris müəssisəsinin rəhbərinin (rektorun) imzası ilə qrif (nəşr hüququ) alınması məqsədilə nazirliyə təqdim olunur. Nazirlik isə işi Elmi-Metodik Şuranın müvafiq bölməsinə göndərərək müzakirə olunmasını, tələblərə uyğunluğunun müəyyənləşdirməsini və qərar qəbul edilməsini tapşırır. Bölmənin müsbət qərarı olduğu təqdirdə dərslik təsdiq olunur. Təcrübə göstərir ki, bu qədər prosedurlardan sonra dərsliklərdə müəyyən problemlər qalır. Nazirlik bu və digər məsələləri nəzərə alaraq qrif verilməsi məsələsini müəyyən qərar qəbul edilənədək dayandırıb”

Nazirlik eyni zamanda ali məktəb müəllimləri tərəfindən hazırlanan dərsliklərin həmin müəssisənin tələblərinə satılmasına da münasibət bildirib. “Ali məktəb dərsliklərinin yayılması ümumi qaydalarla həyata keçirilir. Nazirlik bu işə nəzarət etmir və bu, onun funksiyasına daxil deyil. Ali təhsil müəssisələri tələbələri üçün dərsliklərin nəşri isə müəlliflərin vəsaiti və ya ali təhsil müəssisəsi hesabına aparılır. Təhsil Nazirliyi tərəfindən bu işə vəsait ayrılmır. Eyni zamanda bildiririk ki, bu dərsliklərin yayılması ümumi qaydalarla həyata keçirilir və funksiyasına daxil olmadığına görə Nazirlik bu işə nəzarət etmir.

Eyni zamanda Təhsil Nazirliyi nə dövlət, nə də özəl ali təhsil müəssisələrində təhsil alan tələbələrin dərsliklərlə təmin olunmasına müdaxilə etmir. Tələbələrin dərsliklərlə təmin olunması məsələsi ali təhsil müəssisəsinin rəhbərliyinin vəzifəsidir. Bununla yanaşı, ali təhsil müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyası zamanı Təhsil Nazirliyi tərəfindən digər meyarlarla yanaşı, “tələbələrin sayına görə dərsliklərlə təmin olunması” da meyar kimi nəzərə alınır”.

  Aytən ƏLİYEVA

 
Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir