Modern.az

Sabiq deputatın Bakıdakı universitetində tələbələr AKSİYA keçirir

Sabiq deputatın Bakıdakı universitetində tələbələr AKSİYA keçirir

Təhsil

1 Noyabr 2013, 13:24

Azərbaycan Pedaqoji Universitetindən sonra Azərbaycan Universitetində də tələbələr aksiya keçiriblər. Modern.az xəbər verir ki, universitetin xeyli tələbəsi aksiyada yazılı imtahanın ləğv olunmasını tələb edirlər. Son olaraq isə gənclər çıxış yolunu universitetin həyətində aksiya etməkdə görüblər. Onlar imtahanların test üsulu ilə keçirilməsini istədiklərini deyiblər.

Aksiya iştirakçılaını universitet rəhbərliyi qəbul edib. Yarım saatlıq görüşdən tələblər yenə narazılıq ediblər. Onların sözlərinə görə, tələbləri təmin olunmayıb

Universitetin prorektoru Ağamalı Ağamalıyev yenidən tələbələrin qarşısına çıxıb. O bildirib ki, universitetin təməl prinsiplərini istəklə, tələblə dəyişdirmək olmaz. Ancaq o, məsələyə baxılacağını da sözlərinə əlavə edib.
 
Tələbələr tələblərinin yerinə yetirilməyəcəyi halda etirazı davam etdirəcəklərini deyiblər.

Qeyd edək ki, bu universitetin rektoru, sabiq deputat Eldar Qəhrəmanovdur.

Bir çox universitetlərdə olduğu kimi Azərbaycan Universitetində də semestr imtahanları test üsulu ilə yanaşı, yazılı imtahan da keçirir. Bu isə tələbələrin narazılığına səbəb olur.  


Gültəkin ƏLƏSGƏR

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir