Açıq Cəmiyyət Partiyasının (ACP) sədrinin siyasi məsələlər üzrə müavini Vaqif Mahmudov vəzifəsindən istefa verib. Modern.az-ın məlumatına görə, ACP-nin lideri Rəsul Quliyev partiyadan ayrıldıqdan sonra V. Mahmudov da istefa qərarı qəbul edib. Məlumatda hazırda onun Bakıda deyil, Naxçıvanda yaşadığı bildirilir. O, yaxın silahdaşlarına deyib ki, bundan sonra siyasətə qoşulmaq fikri yoxdur.
Xatırladaq ki, Vaqif Mahmudov 2009-2012-ci illərdə ACP sədrinin səlahiyyətlərini icra edib. Sülhəddin Əkbər partiyaya sədr gətirildikdən sonra o, sədrin siyasi məsələlər üzrə müavini təyin edilib.
İlkin PİRƏLİ