Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Xəzər televiziyası ilə birgə Cəmiyyət adlı maarifləndirici veriliş hazırlayıb. Bu barədə Modern.az-a mətbuat xidmətindən məlumat verilib. Proqram hər həftənin beşinci günü, saat 23:00-da yayımlanacaq. Verlişin ilk buraxılışı noyabrın 1-də efirə gedəcək. Cəmiyyət verlişinin ilk qonağı Şura sədri millət vəkili Azay Quliyev, aparıcısı isə Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbuddur.
Verilişin hazırlanmasında əsas məqsəd Şuranın dəstəklədiyi layihələrdə toxunulan problemlərin hərtərəfli işıqlandırılması və bunlarla bağlı cəmiyyətin maarifləndirilməsidir. Eyni zamanda bu veriliş vasitəsi ilə vətəndaşların hüquq və mənafelərinin qorunması istiqamətində QHT-lərin həyata keçirdiyi layihələr haqqında vətəndaşlar geniş şəkildə məlumatlandırılacaqdır. Ümumilikdə proqramda vətəndaşları düşündürən, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzuların ekspertlərin iştirakı ilə müzakirəyə çıxarılması planlaşdırılır.
Modern.az