Modern.az

QMİ məzhəblərarası ayrı-seçkiliyi aradan qaldırır

QMİ məzhəblərarası ayrı-seçkiliyi aradan qaldırır

Təhsil

1 Noyabr 2013, 15:28

“Məscidlərdə sünni və şiə ayrı-seçkiliyinin aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müəyyən addımlar atılır və yaxın gələcəkdə bu məsələ ilə bağlı problem qalmayacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. O, qeyd edib ki, bununla bağlı idarənin müəyyən vaxtlarda açıqlamaları olub.  
“Məscidlərdə sünni və şiə ayrı-seçkiliyi, namaz vaxtlarının yaxınlaşdırılması, dini mövzuların eyniləşdirilməsi İdarənin gündəmində daim qalır. Bu sahədə müəyyən addımlar atılır və İnşallah yaxın gələcəkdə Azərbaycan məscidlərində sünni-şiə probleminin olması barədə deyilənlər yalnız qərəz olacaq. Uzun illər və əsrlər boyu oturuşmuş qaydalar var. Qafqaz Müsəlmanları İdarəsi məzhəb ayrı-seçkiliyinin Azərbaycanda da olmaması istiqamətində mühüm işlər görür ki, bu qaydalar vəhdətlə əvəzlənsin”.

  Aytən ƏLİYEVA  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir