Modern.az

İngiltərə şahzadəsi Əfqanıstana müharibəyə gedir

İngiltərə şahzadəsi Əfqanıstana müharibəyə gedir

1 May 2010, 14:31

Britaniya şahzadəsi Harri hərbi təyyarəçi kursunu uğurla başa vurub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadə hərbi məktəbdə aldığı bilikləri  sınaqdan keçirmək üçün 2011-ci  ilin əvvələrində yenidən  Əfqanıstana yollanacaq. Bu barədə məlumat  The Daily Mail qəzetinin bugünkü sayında dərc olunub. Hərbi vertolyotların idarə olunması üzrə 16 aylıq kursu müvəffəqiyyətlə bitirən şahzədə yekun sınaq keçirib. Böyük Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi indi Lynx  və Apache vertolyotlarını idarə etmək hüququ qazanıb.  Təlim zamanı Harri məhz  Apache  tipli vetolyotun sükanı arxasında oturmağı arzuladığını bildirib. Məhz bu vertolyotlar  Əfqanıstan kimi mühariəbə gedən ölkələrdə fəal hərbi əməliyyatlar həyata keçirir. Şahzadə hazırda Əfqanıstanda olan Britaniya hərbi kontingenti tərkibində iştirak etmək üçün bu ölkəyə getmək niyyətindədir.

 

Xatırladaq ki, Harri 2007-2008-ci ilərdə 10 həftə Əfqanıstanda hərbi xidmətdə olub. İngiltərə taxt-tacının varisi şahzadə Çarlzın kiçik oğlu Əfqanıstanın Gilment vilayətində Kral polkunun taqım komandiri olub. Onun xidmət etdiyi yer məxfi saxlanılıb. Lakin 2008-ci ildə onun xidmət etdiyi hərbi bazanın yeri barədə məlumat KİV-də işıq üzü gördükdən sonra Harri təhlükəsizlik tədbirləri baxımından Əfqanıstandan çıxarılıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir