Modern.az

34 eks-deputat əlilliyə görə müavinət alır

34 eks-deputat əlilliyə görə müavinət alır

Təhsil

1 Noyabr 2013, 16:37

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda 34 sabiq deputat hazırda əlilliyə görə pensiya alır. Modern.az danışarkən H.Rəcəbli bəzi sabiq deputatların saxta sənədlərlə əlilliyə görə müavinət aldığına işarə də edib.
Deputat olarkən əlillik statusu əldə edən şəxs sonradan deputat maaşının 80 faizi qədər pensiya almaq imkanı qazanır. Bu da ayda təqribən 800 manat əlavə gəlir deməkdir. İddialara görə, həmin şəxslər qismən əmək qabiliyyətli olmaq statusunu saxlayıb, həm də əlillik dərəcəsinə görə təqaüd ala bilirlər. 

34 nəfər əlil pensiyası alan eks millət vəkilləri arasında Cahangir Hüseynov, Cəmil Həsənli, Yaşar Əliyev və Vidadi Məmmədov həqiqətən də əlil statusuna malikdirlər.

Hüquqşünas Əliməmməd Nuriyev hesab edir ki, deputatlar yalnız vaxtından əvvəl əlil olarlarsa, o zaman onlara əlillik dərəcəsi verilə bilər: “Amma bunun fəaliyyətdə olan deputata heç bir aidiyyəti yoxdur. Qanunvericiliyə görə, fəaliyyətdə olan deputat əlilliyə görə müavinət ala bilməz. Deputat fəaliyyəti bitəndən sonra şəxs hər hansı dövlət qurumunda bir il müddətində işləmirsə, bu müddətdə ona deputat maaşının 80 faizi ödənilə bilər. Amma qalan hallarda keçmiş deputata bu müavinət verilmir. İşləyəndə isə 1 illik müavinətdən kənarda qalır”.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir