Modern.az

İlahiyyatçı Taleh Bağırova hökm oxunub

İlahiyyatçı Taleh Bağırova hökm oxunub

Təhsil

1 Noyabr 2013, 18:26


Sabunçu Rayon Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb Məhkəmədə dövlət ittihamçısı ona 3 il iş istəyib.

Modern.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə ilahiyyatçı Taleh Bağırov 2 il azadlıqdan məhrub edilib.

Məhkəmədə çıxış edən Taleh Bağırovun ona qarşı ittihamları qondarma adlandırıb.

Taleh Bağırov bu il martın 31-də saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan zaman Taleh Bağırov üzərindən 1,026 qram heroin, onunla birgə olan Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb.

İlahiyyatçı 2011-ci il həmçinin mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyası zamanı da saxlanılıb və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2012-ci ilin noyabr ayında azadlığa buraxılıb.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir