Modern.az

“Azərkimya”da fəhlələrin pozulan hüquqları bərpa olundu

“Azərkimya”da fəhlələrin pozulan hüquqları bərpa olundu

Ölkə

1 May 2010, 16:47

Ölkə başçısının 2 aprel 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə verilən “Azərkimya” Dövlət Şirkətində çalışan işçilərin bir neçə aydır pozulan hüququları nəhayət bərpa edilib. Bu barədə Modern.az-a “Azərkimya”nın işçiləri məlumat veriblər.

Fəhlələr saytımıza bildirblər ki, “Azərkimya” ARDNŞ-nin tabeliyinə veriləndən sonra yeni rəhbərlik işçilərin bir neçə aydır verilməyən maaş problemini yoluna qoyub. “ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev “Azərkimya”ya rəhbər təyin olunandan sonra ilk yenilik fəhlələrin neçə aydan qalmış məvaciblərinin verilməsi oldu. Biz onun yeni vəzifəsini təbrik edirik. Şadıq ki, onun kimi işçilərin qeydinə qalan bir rəhbərimiz oldu. Aylardır maaş üzünə həsrət qalan fəhlələr hədsiz sevinirlər. M.Babayevə işlərində uğurlar arzulayırıq”-deyə “Azərkimya”nın bir qrup işçisi əməkdaşımızla söhbətdə bildirblər.

Xatırladaq ki, bu ilin aprelindədk "Azərkimya” Dövlət Şirkətinə deputat Məcid Kərimov rəhbərlik edirdi. Onun rəhbərliyi dövründə son aylar işçilər əmək haqlarını ala bilmirdilər. Qeyd edək ki, ARDNŞ-nin tabeliyinə veriləndən sonra “Azərkimya” Dövlət Şirkətində struktur islahatları aparılıb və "Azərkimya" İstehsalat Birliyi təşkil olunub. İstehsalat Birliyinə isə ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev rəhbər təyin olunub.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin 28 aprel tarixli 58 saylı daxili əmrinə əsasən, “Azərikimya” İstehsalat Birliyinin strukturu müəyyən edilib. “Səthi Aktiv Maddələr”, “Üzvi sintez ”, “Mexaniki Təmir” zavodları və “Kimyaelmitədqiqatlayihə” İnstitutu yaradılıb. Əmrə əsasən, “Sintezkauçuk Zavodu” və “Etilen-Polietilen Zavodu”nun maddi-texniki bazasında “Etilen-Polietilen” zavodu yaradılıb. Bu zavod da hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “Azərikimya” İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərəcək. Bunlardan başqa əmrdə “Azərikimya” İstehsalat Birliyi tərkibində Təmir-tikinti İdarəsi, Nəqliyyat və xüsusi texnika İdarəsi və Anbar Təsərrüfatının yaradılması da əksini tapıb. 

Adəm Qorxmaz

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır