Modern.az

Azərbaycanda ana və üç azyaşlı oğlu evdə ölü tapılıb

Azərbaycanda ana və üç azyaşlı oğlu evdə ölü tapılıb

Təhsil

2 Noyabr 2013, 12:41

Onların dəm qazından zəhərləndikləri ehtimal edilir

Astarada bədbəxt hadisə nəticəsində bir ailənin 4 üzvü ölüb. APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiyəkəran kəndində baş verib. Kənd sakini, 1981 təvəllüdlü Leyla Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rza evdə ölmüş vəziyyətdə aşkar olunublar. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunublar. Meyitlər müayinə olunub və onlarda hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Güman edilir ki, onlar dəm qazından boğulublar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

 

Modern.az

   
Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir