Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də bp şirkətinin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. bp şirkətinin icraçı direktoru Robert Dadli yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Görüşdə Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Modern.az