Modern.az

Pilot Stalin

Pilot Stalin

İqtisadiyyat

2 Noyabr 2013, 14:49

Təsəvvür edin ki, 1922-ci ildə Moskvada dünyaya gəlmisiniz. Həm də sıradan bir ailədə yox, İosif Stalinin ailəsində. Milyonları adı ilə belə, qorxuya salan, dünya tarixində iz qoymuş diktator Stalinin övladısınız. İlk baxışdan bəlkə də çoxumuzun arzuladığı bir şeydir. Ancaq medalyonun o biri üzü özünü göstərəndə heç də hamı bu taleni arzulamaz. Sadəcə bir soyad- İosif Stalin siz seçməsiniz də həyatınızda önəmli yer tutur. Sizdən də önəmli. Siz bu soyadın kölgəsindəsiniz. Soyad sizin simanızdır.

Vasili İosif Stalinə bu tale qismət olub. O, Stalinin kiçik oğludur.

Rejissor Sergey Ginzburq bu şəxsiyyətə həsr olunmuş “Sın otsa narodov” adlı çoxseriyalı televiziya filmi çəkib. Həqiqətən, həyatına film həsr olunacaq adammış. Rejissor bütün həyatı lentə alınan Vasilini bizə Stalinin oğlu olaraq yox, Vasili olaraq tanıdır. Onun xarakterini açır. Gözümüzün qarşısında bacarıqlı pilot, sadiq dost, dürüst, ədalətli insan canlanır. Eyni zamanda Vasilinin qadın və içkiyə düşkünlüyü də nəzərimizə çatdırılır. Tamaşaçı onu hər yönüylə görür. Könüllü müharibəyə gedən, pilotlardan tək ona paraşüt veriləndə ondan istifadə etməyən də Vasyadır, arvadını gözüyaşlı qoyan, “güldən-gülə” qonan, içkiyə “yox” deyə bilməyən də Vasyadır.

Filmin uğurlu alınmasında baş qəhrəmanı canlandırmış Gela Mexhinin də rolu böyükdür. Aktyor müsahibəsində bildirir: ”Filmin sonlarına doğru bilmirdim, reallıq hardadır, kino hardadır, mən hardayam, o hardadır”.
Anatoli Quşin də yaxşı oynayır.

Gela Meshi ilə yanaşı, filmdə Anatoli  Dzivayev, Anatoli Quşin, Yuri Laxin, Marina Vorojişeva), Aleksey Bertkov və başqaları iştirak edib. Çox danışmaq istəmirəm. Özüm necə baxıb təsirlənib, zövq almışamsa, sizin də eyni hissləri yaşamağınızı istəyirəm. Siz burada türk seriallarındakı kimi ağlamaq, bizim seriallardakı kimi ssenaridə boşluq, süni aktyor oyunu görməyəcəksiniz.

Vasili hər şeydən əvvəl azad insan idi. İnsan daxilən azaddırsa, heç bir dövr, heç bir rejim, heç bir şəxs onu bu azadlığından məhrum edə bilməz.                                                                









Misranə Həsənzadə

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü