Modern.az

Azərbaycan deputatları Tacikistanda prezident seçkilərini müşahidə edəcəklər

Azərbaycan deputatları Tacikistanda prezident seçkilərini müşahidə edəcəklər

Təhsil

2 Noyabr 2013, 14:35


Azərbaycan deputatları Tacikistanda prezident seçkilərini müşahidə edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın millət vəkilləri Aydın Mirzəzadə və Azər Badamov MDB Parlament Assambleyasının və qurumun İcraiyyə Komitəsinin xətti ilə ölkədə keçirilən prezident seçkilərini müşahidə etmək üçün noyabrın 4-dən 8-dək Tacikistana səfər edəcəklər. Deputatlarımız ölkənin paytaxtı Düşənbə şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.

 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir