Gürcüstanın baş naziri Bidzina İvanişvili bir müddət öncə bildirmişdi ki, prezident seçkilərindən sonra vəzifəsindən gedəcək. Beləliklə, İvaniçvilinin lideri olduğu “Gürcü arzusu” kolaisiyasının nümayəndəsi Georgi Marqvelaşvili prezident seçkisinin qalibi oldu. Noyabrın 2-də İvanişvili xələfinin – Gürcüstanın yeni baş nazirinin kimliyini elan edib. Məlim olub ki, hakimi “Gürcü arzusu” koalisiyası hazırkı daxili işlər naziri İrakli Qaribaşvilinin baş nazir vəzifəsinə namizədliyini dəstəkləyir.
İrakli Qaribaşvili gürcü mətbuatına açıqlamasında bəyan edib ki, Bidzina İvanişvilinin başladığı yolu - quruculuq yolunu davam etdirmək üçün əlindən gələni edəcək.
Gürcüstanın yeni seçilən prezidenti Georgi Marqvelaşvili də yeni baş nazir postuna Qaribaşvilinin namizədliyin.
İraklii Qaribaşvilinin 31 yaşı var.
Modern.az