Modern.az

Türkiyədə son 32 ildə ilk icazəli 1 May nümayişi

Türkiyədə son 32 ildə ilk icazəli 1 May nümayişi

Təhsil

1 May 2010, 18:57

Türkiyədə son 32 ildə ilk dəfə olaraq 1 May  nümayişləri keçirilib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, ölkənin həmkarlar təşkilatlarının fəalları Taksim meydanına toplaşaraq 1 Mayı qeyd ediblər. Aksiya iştirakçıları 1977-ci ildə 1 May şənlikləri gedişində baş vermiş iğtişaşlarda həlak olmuş vətəndaşların xatirəsni anıblar 

Qeyd edək ki, son on illik  ərzində bu cür aksiyalar  Türkiyədə qadağan olunub. Bütün 1 May nümayişləri sonradan  toqquşmalar və iğtişaşlarla sona çatıb. Bu il isə hakimiyyət orqanları rəsmən 1 May nümayişlərinə icazə verib. Son məlumatlara görə,   Taksimdəki bayram şənlikləri insidentsiz ötüşüb.    

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı