Modern.az

Sumqayıtda muğam festivalı keçirildi

Sumqayıtda muğam festivalı keçirildi

4 Noyabr 2013, 10:15

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  “Gənc Muğamsevərlər”  Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıt  şəhərində Muğam Festivalı keçirilib.

Modern.az xəbər verir ki, Sumqayıt şəhər Nəriman Nərimanov adına mədəniyyət evində baş tutan Festivalı layihənin icraçısı Eyvaz Qocayev açaraq bu layihə çərçivəsində Sumqayıt şəhərində istedadlı gənc muğam ifaçıları seçilərək festivala cəlb olunduğunu qeyd edib.

E.Qocayev layihənin məqsədi barədə mətuata açıqlamasında qeyd edib ki, festivalın məqsədi  istedadlı gənc muğam ifaçılarını aşkarlayaraq üzə çıxartmaqdır: “Festivalı həyata keçirməkdə məqsədimiz gənc muğam ifaçılarını  bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri həvəsləndirmək, gənclərin muğama olan marağını daha da artırmaq idi. Eyni zamanda mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaq idi. Hesab edirəm ki, çox uğurlu bir proqramla festifalı başa çatdırmaqla layihə məqsədinə nail ola bildik."

Festivalda gənc muğam ifaçılarından Fariz İsgəndərov, Şamo Qədirov, Teymur Əzizli, Daşqın Piriyev, Gülnar Ələkbərli, Sadıq Qasımov çıxış edib. Gənc muğam ifaçılarını tarda Elnur Əliyev, kamançada Şəhriyar Musayev müşayiət edib. 


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir